Dünya ilk vaksin mərkəzi Almaniyada açıldı

Dünyada ilk dəfə Almaniyada koronavirus (COVID-19) peyvəndlərinin vurulacağı xəstəxana açılıb. Foodinfo.az  xəbər verir ki, paytaxt Berlində fəaliyyətə başlayan bu tip mərkəzlərin sayı 6-dır. 

Treptov bölgəsindəki “Arena Berlin” salonunun daxilində yaradılan  modul xəstəxananın artıq peyvəndlənmənin tətbiqinə başlanılıb.  Bundan əlavə, Berlin əyalətinin səhiyyə naziri Dilek Kalaycı KİV-ə açıqlamasında səyyar vaksin xidmətinin də eyni anda fəaliyyət göstərəcəyini qeyd edib.