Alimlər koronavirusla mübarizəyə yardım edən içkinin adını açıqlayıb

Adaçayı və perilla əsasında hazırlanmış çay koronavirusun aktivliyini azaldır.

Foodinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə adı çəkilən otlardan olan çayın koronavirusa yoluxmuş hüceyrələrə təsirini araşdıran Essen Universiteti Xəstəxanasının Virusologiya İnstitutunun alimləri bildiriblər.

Mütəxəssislər içkini hazırlayarkən əvvəlcə onları qaynama həddinə çatdırıblar, sonra isə suyun bitki komponentləri ilə maksimum doymasını təmin etmək üçün çayı iki saat ərzində 60° C-də dəmləyiblər.

Eksperimentin nəticələrinə görə, koronavirus infeksiyasının çoxalmasını əhəmiyyətli dərəcədə yatırmaq üçün adaçayı və perilla ilə hazırlanmış çayın cəmi 30 dəqiqəlik təsiri kifayətdir. Mütəxəssislər qeyd edirlər ki, söhbət ümumi antiviral təsirdən getmir, çünki herpes virusu üzrə sınaqlarda bu cür effektə nail olmaq mümkün olmayıb.

Alimlərin sözlərinə görə, bu otlar əsasında hazırlanan çaylar COVID-19-a qarşı profilaktik tədbir kimi istifadə edilə bilər, lakin onların araşdırmalarının nəticələri hələ digər alimlər tərəfindən də qiymətləndiriləcək.