Şəkər və xolesterini salır, xərçəngdən qoruyur

Ən ucuz tərəvəzlərdən biri olan ağ turpun insan sağlamlığına faydaları saymaqla bitməz.

Foodinfo.az Saglamolun.az-a  istinadla bildirir ki, ağ turp oynaq ağrılarını azaldan ən güclü təbii vasitə sayıla bilər. Tərkibində çoxlu miqdarda C vitamini və digər qiymətli maddələr sayəsində turp iltihabla mübarizə aparır, artritə xas olan ağrı və digər xoşagəlməz simptomları azaldır.

Həmçinin turp ürək əzələsinə də çox müsbət təsir edir, qanda xolesterinin səviyyəsini aşağı salır, damarların sağlamlığına müsbət təsir edir.

Şəkər xəstələri də bu tərəvəzi qidalanmaya daxil etməlidir. Ağ turp şəkəri salmağa yardım edir.

Ağ turp öd kisəsinin fəaliyyətini yaxşılaşdıraraq öd daşı xəstəliyinin inkişafının riskini azaldır. Lakin öd daşı xəstəliyi olan insanlar turp yeməməlidir – bu daşların tərpənməsi və tutmaya səbəb ola bilər.

Hindistanda aparılmış araşdırmalar göstərib ki, ağ turp yoğun bağırsaq, süd vəzi, yumurtalıqlar, prostat vəzi kimi orqanları xərçəngdən qoruyur.