DİN: Lisenziyası olanlar həftəsonu taksi fəaliyyəti ilə məşğul ola biləcək

“Həftəsonu yalnız lisenziyası olan şəxslər və şirkətlər taksi fəaliyyəti ilə məşğul ola biləcək”.

Foodinfo.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Ehsan Zahidov APA-ya açıqlamasında bildirib.

O bildirib ki, rəsmi icazəsi olmayan şirkətlər isə həftəsonu fəaliyyət göstərə bilməzlər.