Avropada hər 17 saniyədə bir nəfər koronavirusdan ölür

Ümumdünya Səhiyyə Təşkilatının hesbalamalarına əsasən Avropa regionunda yeni növ koronavirusdan (COVİD-19) hər 17 saniyədə 1 nəfər ölür.
Foodinfo.az xəbər verir ki, ÜST-nin Avropa regional bürosunun direktoru Hans Klügenin sözlərinə görə, Avropa regionuna daxil olan 53 ölkədə son həftə ərzində 4 milyona yaxın, ümumilikdə isə 15,7 milyon koronavirusa yoluxma halı qeydə alınıb.
H.Klüge qeyd edib ki, son iki həftədə Avropa ölkələrinin 80%-dən 100 min nəfərə 100-dən çox yoluxma halı qeydə alıb.