Virusla mübarizədə hansı sabun daha yaxşı kömək edir?

Moskva Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru Aleksey Aqranovski “Radio 1”-in efirində koronavirus infeksiyası profilaktikası üçün hansı sabundan istifadə etməyin lazım olmasından danışıb.

Foodinfo.az xəbər verir ki, bioloq antibakterial sabundan istifadənin o qədər də zəruri olmaması qənaətindədir.

“Hansısa xüsusiyyətlərə malik bahalı sabunu almaq məcbur deyil. Sabunda mütləq “antibakterial” yazılmamalıdır. Bundan başqa – antibakterial sabun xəstəliyə səbəb ola bilər, çünki dərini qurudacaq və ya nə lazımdırsa onu məhv etməyəcək”, – mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, əlləri adi uşaq sabunu ilə yumaq olar. Bu halda ekspert qeyd edib ki, maye sabun virusları və bakteriyaları bərk sabundan pis yuyub təmizləyir.

Aqranovski əlavə edib ki, suyun temperaturu virusdan qurtulmanın effektivliyinə təsir etmir, o, insan üçün rahat olmalıdır.