Abşeronda sexdə partlayış olub, xəsarət alanlar var

Abşeron rayonunda sexdə partlayış qeydə alınıb.

Foodinfo.az xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Novxanı yolu, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir beton konstruksiya emalı sexində baş verib.

Belə ki, sexdə yanğınla nəticələnən partlayış olub.

Əraziyə FHN-in əməkdaşları cəlb edilib və yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alanlar da var.