Ömrü uzatmaq üçün neçə saat yatmaq lazımdır?

Uzun ömür və yuxu müddəti arasında əlaqənin olduğu müəyyənləşib.

Foodinfo.az xəbər verir ki, bu qənaətə ABŞ-ın Tuleyn Universitetinin alimləri gəlib.

Ən sağlam yuxu rejiminə sahib insanların ürək xəstəliyi riskinin əhəmiyyətli dərəcədə aşağı olduğu bildirilib. Araşdırma zamanı alimlər 37 ilə 73 yaş arasındakı 408 802 insanı müşahidə ediblər. Onlardan 5 221-də ürək çatışmazlığı olub. Xəstəlikdən əziyyət çəkən insanlar yuxu ilə bağlı problem yaşadıqlarını, bəziləri yuxusuzluqdan əziyyət çəkirdiklərini, bir hissəsi öz xoruldaması səbəbindən gecə tez-tez oyandığını, digərləri isə yuxu müddətinin çox qısa olduğunu deyiblər.

Alimlər qeyd ediblər ki, ömrü uzatmaq üçün gündə 78 saat yatmaq vacibdir.