Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “FAQ – Fikir Alaraq Qidalan” layihəsi davam edir

🔬 Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “FAQ – Fikir Alaraq Qidalan” layihəsi davam edir. Layihə çərçivəsində bu dəfə “İctimai iaşə müəssisələrində tibbi maskadan necə istifadə edilməlidir?” sualını cavablandıracağıq.

AQTİ-dən Foodinfo.az-a verilən məlumata görə,  İctimai iaşə müəssisələrində, eləcə də mehmanxanaların ictimai iaşə zonalarında müştərilər yemə-içmə zamanı istisna olmaqla, bütün digər vaxtlarda və masanı tərk etdikdə tibbi maskadan istifadə etməlidir. Müştərilərin tibbi maskadan istifadəsi qaydalara uyğun olmalıdır. Belə ki, tibbi maska ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və tibbi maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır.

❗ Unutmayaq ki, koronavirusun profilaktikasına dair tələbələrə əməl etmək, bizi COVID-19 qarşısında daha da gücləndirir.

ℹ️ “FAQ – Fikir Alaraq Qidalan” layihəsinin məqsədi istehlakçıların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, həmçinin AQTİ-nin fəaliyyət istiqamətləri barədə məlumatların daha geniş auditoriyaya çatdırılmasından ibarətdir.