17 yaşlı oğlan iPhone almaq üçün böyrəyini satdı

Çində yaşayan bir gənc illər əvvəl etdiyi səhvə görə yataq xəstəsi olub.

Foodinfo.az Yenisabah.az-a istinadən  xəbər verir ki, 17 yaşında “iPhone” ala bilmək üçün böyrəyini satan gənc yoluxduğu infeksiya səbəbilə ömürlük yatağa məhkum qalacaq. Daim dializ aparatına qoşulan gəncin nə qədər ömrü qaldığı isə bilinmir.

Qeyd edək ki, gənc qanunsuz yolla böyrəyini 3 min dollara satıb. O, bundan sonra o dövrdə populyar olan “iPhone 4” və “iPad 2″mi alıb. Evə getdikdə isə ailəsinin təkidindən sonra olanları etiraf edib. Hazırda 25 yaşında olan Şanqkunun infeksiyaya yoluxma səbəbi əməliyyatdan sonrakı baxımsızlıq olub.

Bildirək ki, yaşanan hadisə aidiyyəti qurumların da məsələyə müdaxiləsinə səbəb olub. Gəncin əlaqə qurduğu şəxslərin şəxsiyyəti müəyyənləşdirilib və aralarında həkimin də olduğu 9 nəfər həbs edilib. Onlardan 5-i birbaşa orqan satışı ilə mühakimə olunub. Məhkəmə Şanqkun və ailəsinə 300 min dollar təzminat ödənilməsinə qərar verib.