Hormon qəbulu koronavirusu sağalda bilər

“Xüsusilə qeyd etmək lazımdır ki, həkim məsləhəti olmadan melatonin qəbul etmək olmaz”, – bu barədə araşdırmanın müəlliflərindən biri Feysenq Çenq bildirib.

Yuxu tsiklini tənzimləyən və gümrahlıq yaradan melatonin hormonu COVID-19-un müalicəsində pozitiv effekt göstərə bilər.

Foodinfo.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Klivlend klinikasının apardığı araşdırma zamanı müəyyən edilib ki, hormon qəbulu mənfi vərdişləri, paralel xəstəlikləri olan yaşlı insanların virusdan 30 faiz daha çox sağalmasına yardım edir.

Müəyyən edilib ki, hormon qəbul edən afroamerikalılarda bu göstərici 30-52 faiz arasında dəyişib.

“Xüsusilə qeyd etmək lazımdır ki, həkim məsləhəti olmadan melatonin qəbul etmək olmaz”, – bu barədə araşdırmanın müəlliflərindən biri Feysenq Çenq bildirib.

Alimlər melatoninin faydalarını elmi cəhətdən təsdiqləmək üçün uzunmüddətli müşahidələrin aparılmasına ehtiyac olduğunu bildiriblər.