Orqanizmdə XRONİKİ İLTİHABA səbəb olan məhsullar

Bəzi qidalar orqanizmdə xroniki iltihabın inkişafına səbəb olur. Xroniki iltihab çox təhlükəli haldır ki, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, həzm sistemi xəstəlikləri, onkoloji xəstəliklərin riskini artırır.

Foodinfo.az Saglamolun.az-a istinadla oxucularına xroniki iltihaba səbəb olan qidaların siyahısı ilə tanış edir:

1. Şəkər

Şəkər qan və limfa damarlarının daxili divarlarında, ürəkdə, qaraciyərdə iltihab yaradır.

2. Kolbasa, sosis və s. emal olunmuş ət

Bu məhsullar bağırsaqda xroniki iltihabın inkişafına səbəb olur ki, nəticə bağırsaq xəsrçənginin inkişafı riski artır. Bu məhsullar “potensial kanserogen” siyahısına daxildir.

3. Trans-yağlar

Bu yağlar ən ucuz duru yağlardan (palma və s.) hazırlanır. Trans-yağlar orqanizmdə xroniki iltihab yaradır və həmçinin “pis” xolesterinin səviyyəsini qaldırır, damar və ürəyi qoruyan “yaxşı” xolesterinin səviyyəsini isə əksinə aşağı salır.

4. Spirtli içkilər

Spirtli içkilərin tərkibində olan etanol güclü zəhərdir, orqanizmin xroniki intoksikasiyasına səbəb olur, immun sistemini zəiflədir, müxtəlif orqan və sistemlərdə iltihablar yaradır.