6 yaşlı “Report”

Bu gün “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 6 il keçir.

“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Foodinfo.az olaraq biz də  agentliyin bütün əməkdaşlarını təbrik edir, uğurlar arzulayırıq!

Ötən 6 il ərzində agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən bir çox informasiya resursları, o cümlədən, televiziya, radio, qəzet və xəbər saytları yayımlayıblar. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər beynəlxalq KİV-lərin də diqqət mərkəzinə çevrilib.