Ermənilər yenidən Gəncəni atəşə tutublar

Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə şəhərini atəşə tutublar.

“Report”un yerli bürosu xəbər verir ki, bir neçə dəqiqə əvvəl şəhərdə bir neçə partlayış səsi eşidilib.

İlkin məlumata görə, mərmilərdən biri yaşayış evinə düşüb.