Başgicəllənmə koronavirusun əlaməti ola bilər

Dünyanın ikinci dalğasına hazırlaşdığı koronavirusun bir əlamətlə müəyyən edilməsi təəccüb doğurub.

Foodinfo.az “Sabah”- a istinadən  xəbər verir ki, bu barədə türkiyəli professor Arif Şanlı deyib.

Onun sözlərinə görə, koronavirus qulaqda sinir hüceyrələrinə təsir edir, bu da başgicəllənmə ilə nəticələnir:

“Pandemiya zamanı başgicəllənmə müşahidə etsəniz, bunun COVID-19-la əlaqəli ola biləcəyini nəzərinizdə tutun”.

Alim bildirib ki, koronavirus qana qarışa bilən, beyin toxumasına nüfuz edən və sinir sistemini zədələyən virusdur:

“Dərhal sinirə yayıla bilir. Onun dad və qoxubilmə pozğunluğuna səbəb olması sırf sinir sisteminə təsirindən qaynaqlanır”.

O qeyd edib ki, ən geniş yayılan əlamətləri hərarət, quru öskürək, yorğunluq olan koronavirus bəzən əlamətlərini bildirmir.