Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb

Azərbaycan Ordusunun döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətinin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.
Foodinfo.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir. Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb.