Tovuzda ferma yanıb

Tovuz rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun İbrahimhacılı kəndində ümumi sahəsi 1000 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılan 15 ton ot bağlamasının 4 tonu yanıb. Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.