Gəncədə ölənlərin sayı 7-ni keçdi

Gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb. 3 yaşayış binası dağıdılıb”. 

Foodinfo.az  xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev tvitterdə yazıb.

O qeyd edib ki, indiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7 + mülki şəxs öldürülüb: “33 mülki uşaq ağır yaralanıb. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”.