Türkiyədən Azərbaycana yeni qoyun növlərinin idxalına başlanılıb

Türkiyədə yetişdirilən morkaraman və akkaraman adlı qoyun növlərinin Azərbaycana idxalına başlanılıb.

Foodinfo.az Report-istinadən bildirir ki,  bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, dövlət dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində artıq, 25-i qoç və 578-i qoyun olmaqla 603 xırdabuynuzlu heyvanın Azərbaycana ixracına start verilib.

Ümumilikdə ilkin mərhələdə 6 min heyvanın ixrac edilməsi, daha sonra bu rəqəmin 20 minə çatdırılması nəzərdə tutulur.