Soyuqdəymə və qripə qarşı TƏBİİ MÜDAFİƏ

Kəklikotu immun sistemi üçün çox faydalıdır, orqanizmdə iltihabları azaldır, virus və mikrob əleyhinə təsir edir.

Soyuq fəsillərdə kəklikotu çayı soyuqdəymə xəstəliklərinin profilaktikası məqsədi ilə istifadə oluna bilər.

Foodinfo.az Saglamolun.az-a istinadən bildirir ki, kəklikotu çayını hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotu 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar.