Professor: Fikrimcə, koronavirus yaxın aylarda bitəcək

Azərbaycan Tibb Universitetinin(ATU) profeessoru Adil Qeybulla  “Sherg.az”a açıqlamasında koronavirusla bağlı vəziyyətin tədricən yaxşılacağını düşündüyünü söyləyib:

“Məncə, koronavirusun taleyi də ermənilərinki kimidir. Hər ikisi son nəfəslərini verir. COVİD-19-un mutasiyaya uğrayaraq zəiflədiyi göz önündədir. Avropada ikinci dalğa davam edir.

Bizdə isə hələ birinci dalğa başa çatmayıb. Rəsmi məlumatlardan belə məlum olur ki, təhlükə getdikcə azalır. Bunu gündəlik müşahidələr də təsdiqləyir.

Belə ki, xəstələrin sayı da əvvəlkitək çox deyil. Fikrimcə, koronavirus bu il, yəni yaxın aylar ərzində bitəcək. Əgər gələn il də olarsa, deməli, təbii yox, süni silah imiş. Çünki COVİD-19-un bu qədər uzun çəkməsi təbii viruslara aid xüsusiyyət deyil”.

A.Qeybullanın sözlərinə görə, diqqətli olmaqda fayda var: “Artıq payız fəsli başlayıb, havalar soyuyur və qış yaxınlaşır. Bu aylarda həmişə soyuqdəymə xəstəlikləri olur. Belə xəstəlikləri koronavirusdan ayırmaq çətindir. Çünki simptomlar eynidir-hərarət, öskürək, halsızlıq. Odur ki, indi ikili təhlükə var. Belə olan halda karantin davranışlarına əməl etməliyik.

Sosial məsafəni qorumaq, dezinfeksiya edici maddələrdən, tibbi maskadan yararlanmaq bizi təkcə koronavirusdan, həm də digər mövsümi xəstəliklərdən qoruyur”.