Laçın nənənin tikdiyi bayraq Şuşanın üzərində dalğalanacaq – – VİDEO

Qarabağ münaqişəsinin başlanğıcında, Azərbaycan suverenlik yoluna yeni başlayanda, Ermənistanla həmsərhəd olan Tovuz kəndlərində üçrəngli Azərbaycan bayrağını tapmaq asan deyildi.

Avtosfer.az “Sputnik Azərbaycan”-a istinadən xəbər verir ki, o zaman Ağdam kənd sakini Laçın Bağırova bu problemi öz üzərinə götürmək qərarına gəlib.

Onun tikdirdiyi bayraqlar sərhəd kəndlərinin ən yüksək nöqtələrində özünümüdafiə batalyonlarının döyüş bayrağı oldu.

Atəşkəs tətbiq edilən zaman Laçın nənə tikiş maşınını kənara qoyub. Lakin son günlər cəbhədə Azərbaycan ordusunun uğurlu əks-hücumu ona ilham verir.

85 yaşlı nənənin tikiş maşını yenidən işə başlayıb.

Bu dəfə o, tikdiyi bayrağın azad edilmiş Şuşanın üzərində dalğalanacağına ümid edir və buna inanır.