AQTA əməkdaşları Silahlı Qüvvələrin Yardım Fonduna vəsait köçürüb

AQTA əməkdaşları Silahlı Qüvvələrin Yardım Fonduna vəsait köçürüb

Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.

Agentliyin əməkdaşları könüllü olaraq biraylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.

AQTA əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli Ordumuzun yanındadır və bu tarixi günlərdə ordumuza şanlı qələbə arzu edirik.

#Qarabağ #Azərbaycandır!

#ƏsgərimizinYanındayıq #QələbəBizimdir