Koronavirusa qarşı immuniteti zəiflədən amil müəyyən edildi

Koronavirus pandemiyası zamanı bədəni isti saxlamalı və özünü soyuqdan qorumalısan. Soyuqdəymə zamanı immunitet zəiflədiyindən orqanizm infeksiyaya daha tez yoluxa bilər.

Foodinfo.az qeyd edir ki, bunu “Rospotrebnadzor”un Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Kliniki və Analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya söyləyib.

“Hazırda əsas vəzifəmiz “Rospotrebnadzor” tərəfindən tövsiyə olunan bütün profilaktik tədbirlərə riayət etməkdir. Tibbi maskadan istifadəyə, əllərin gigiyenasına və sosial məsafəyə riayət etmək, soyuqdəymədən qorunmağa çalışmaq lazımdır”, – deyə “RİA Novosti” N. Pşeniçnayadan sitat gətirib.

Agentliyin həmsöhbəti COVID-19-un hələ tam öyrənilmədiyi və yeni növ virus olduğu üçün yoluxma hallarının sayının artması və ya azalması barədə hər hansı bir proqnoz verməyin hələ tez olduğunu qeyd edib.

Son günlərdə Rusiyada hər gün yeni növ koronavirusa yoluxma hallarının sayında artım müşahidə olunur.

Pandemiya zamanı tibb mütəxəssisləri 1 194 643 COVID-19-a yoluxma, 21 077 ölüb qeydə alıblar.