COVID-19 haqqında məşhur miflər açıqlanıb

Araşdırmalar göstərir ki, bütün viruslar yalnız hüceyrələrin içərisində çoxalır. Selikli qişada (burun və ağızda) reseptorlar olan hüceyrələr var, virus onlardan keçərək hüceyrənin içinə daxil olur.

Foodinfo.az sağlamolun.Az-a istinadən qeyd edir ki, bir neçə dəqiqə, maksimum bir saat ərzində virus selikli qişanın səthinə çıxa bilər.

“Komsomolskaya Pravda”nın məlumatına görə, bu barədə Rusiyanın Seçenov Universitetinin pulmonoloqu Vladimir Beketov məşhur bir videonu koronavirusdan qorunma tövsiyələrini şərh edərkən bildirib.

Video müəllifləri iddia edirlər ki, yoluxmadan sonra virus 4-6 gün tüpürcəkdə və selikdə qalır.

Beketov isə, bu fərziyyənin respirator virus infeksiyaların inkişaf mexanizmi ilə heç bir əlaqəsi olmadığını bildirib.

“Yüksək infeksion dozada virus mütləq hüceyrələrə nüfuz edir, çoxalır və bütün bədənə yayılır. Xəstə insanlarla təmasdan sonra ilk 2-3 gündə bəzi insanlarda intoksikasiya sindromu və COVID-19-un ilkin təzahürləri – qızdırma, boğaz ağrısı, əzələ ağrıları və s. yaranır. Bu, koronavirusun burun boşluğunda və ağızda 4-6 gün qala biləcəyi tezisini tamamilə rədd edir”.

Digər bir saxta tövsiyə burun-udlağı soda məhlulu ilə yaxalamaq və onun buxarı ilə inhalyasiyadır.

Həkimin sözlərinə görə, soda məhlulunun buxarı ilə inhalyasiya yuxarı tənəffüs yollarının ciddi qıcıqlanmasına səbəb ola bilər:

“Hazırda burun boşluğunu yumaq üçün apteklərdə daha etibarlı analoqlar var”.

Pulmonoloq bildirib ki, insan üçün xoşagəlməz və diskomfort olan temperaturda məhlulla inhalyasiya ilə selikli qişanı yandırmaq olar.

“Bu, viral hissəciklərin selikli qişaya nüfuz etməsindən daha böyük zərər verər”, – deyə pulmonoloq əlavə edib.

Mütəxəssis sözlərini yekunlaşdırarkən internetdə yayımlanan şübhəli videolara inanmamağı və xəstəliyin ilk simptomlarında həkimə müraciəti tövsiyə edib.