Ermənistanda son sutkada 532 nəfər koronavirusa yoluxub

Ermənistanda daha 532 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 51 382-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 966-ya çatıb. İndiyədək 44 406 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 709 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, ötən gün Ermənistan 491 nəfərin koronavirusa yoluxduğunu açıqlamışdı.