KOBİA-ya məxsus şirkətin nizamnamə kapitalı 2 dəfə artırılıb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” (BİRGƏ) MMC-nin nizamnamə kapitalı 2 dəfə artırılıb.

“Report” xəbər verir ki, şirkətin kapitalı 500 min manatdan 1 milyon manata çatdırılıb.

Xatırladaq ki, sözügedən şirkət 2019-cu ilin noyabr ayında  yaradılıb. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.