Başqalarına sağlam arıqlamağı öyrədən məşqçi yağ yandırıcı həblərdən zəhərlənib – FOTO

Moskvadakı elit klubun fitness məşqçisi yağ yandırıcı həblərdən zəhərlənib.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, 20 yaşlı Saveliy başqalarına əzələ yığmağı və çəki atmağı öyrədir. Ancaq görünür ki, istədiyini tək qantellərin köməyi ilə ala bilməyib. O, kəskin zəhərlənmə ilə zaldan birbaşa xəstəxanaya aparılıb.

Saveliydə “dinitrofenol” zəhərlənməsindən şübhələnilir. Dərmanın satışı qadağandır, lakin yağları tez yandırma qabiliyyətinə görə hələ də tələbat var.

Həblərlə maraqlanan polis yoxlamalara başlayıb.