Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb

Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Foodinfo.az-a verilən məlumata görə, nazirlik ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcək.

Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik.