Rusiyanın daha 11 balıqçılıq müəssisəsi Azərbaycan bazarına daxil olur

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın daha 11 balıqçılıq müəssisəsinə Azərbaycana məhsul ixrac etmək hüququ verib.

Foodinfo.az-ın məlumatına görə, “Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Bu addım Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin zəmanəti ilə atılıb. Bununla da, yerli bazarı balıqçılıq məhsulları ilə təmin edən Rusiya şirkətlərinin sayı 138-ə çatıb.