Qidalanmada duzun az olması ölümə səbəb ola bilər

Duzun çoxlu miqdarda qəbulu insan sağlamlığına ciddi ziyan vurur, bir çox xəstəliklərin (ürək-damar, böyrək, mübadilə, xərçəng xəstəlikləri) riskini artırır.

Məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı  (ÜST) tövsiyə edir ki, insan gün ərzində 5 qr-dan artıq duz qəbul etməsin. Burada həm qidalara əlavə etdiyimiz, həm də müxtəlif hazır əqzaqlarda olan “gizli” duzdan söhbət gedir.

Lakin Financial Express xəbər verir ki, qidalanmada duzun az olması da təhlükəlidir. Bu ürək tutması nəticəsində ölümün riskini artırır. Alimlərin müşahidələrinə görə, gün ərzində daim 2,3 qr-dan az duz qəbul edən insanın sağlamlığında ciddi pozulmalar inkişaf edə bilər.

Bəzi alimlərin fikrinə görə, ÜST tərəfindən təyin olunmuş duzun miqdarı (5 qr) azdır və bu miqdarı bir qədər artırmaq lazımdır.