Bu yarmarkaların fəaliyyəti dayandırıldı

Kənd Təsərrüfat Nazirliyi ölkə ərazisində təşkil etdiyi mövsümi yarmarkaların fəaliyyətini dayandırıb.

Fins.az xəbər verir ki, bunu çıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkəti MMC-nin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mayis Musayev deyib.

Onun sözlərinə görə, yarmarkaların fəaliyyətinin dayandırılması pandemiya ilə əlaqədardır: “Ölkədə koronavirus infeksiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah kütləvi tədbirlərin keçirilməsini qadağan edib. Ona görə də biz mövsümi yarmarkaların keçirilməsini saxlamışıq. Operativ Qərargah bu cür tədbirlərin keçirilməsinə icazə veriləndən sonra yarmarkaların fəaliyyəti bərpa ediləcək. Kütləvi tədbirlər qadağan edildiyi üçün həm də bal yarmarkalarının təşkili təxirə salınıb”.