AQTA arıçılarla görüş keçirib

AQTA arıçılıq məhsullarının istehsalı, satışı və ixracı ilə məşğul olan sahibkarlarla onlayn görüş keçirib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycan Arıçılar Assosiasiyası ilə birgə arıçılıq məhsullarının istehsalı, idxalı və satışı ilə məşğul olan sahibkarların iştirakı ilə onlayn görüş keçirib.

Videokonfransda AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri – Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev son illər ölkəmizdə arıçılığın inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ən müasir cihaz və avadanlıqlar ilə təchiz edilmiş laboratoriyalarında arıçılıq məhsullarının müayinəsi həyata keçirilir.

Görüş zamanı bal istehsalı və ixracı, istehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər, onların həlli yolları, eyni zamanda bal istehsalı və ixracı ilə bağlı standartlar müzakirə olunub.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onlara bir sıra tövsiyələr verilib və təklifləri nəzərdən keçirilib.