Payız aylarında sağlam qidalanmaya diqqət edin: Qida texnoloqundan tövsiyələr…

Payız mövsümündə tempraturun aşağı düşməsi və havaların qəfil soyuması nəticəsində müxtəlif infeksion xəstəliklərə yoluxma riski artır. İmmun sistemi zəif olanlar və bioloji qida dəyəri yüksək olan qidalar istehlak etməyənlər bu cür xəstəliklərə daha tez yoluxa bilirlər. Bütün bunları nəzərə alaraq payız mövsümündə heyvan mənşəli qidalar , (ət,balıq,toyuq,yumurta və.s) həmçinin liflər, karbohidrat,vitamin və minerallar ilə zəngin olan qida məhsulları ( mövsümi meyvə və tərəvəzlər, paxlalı bitkilər, çərəzlər və.s ) istehlak etmək məsləhətdir.
1. Balıq məhsulları əvəzolunmaz yağ turşusu Omega3,  Kalsium, fosfor, A,D B vitamini kompleksi ilə zəngindir. Elmi araşdırmalar nəticəsində balığın insan orqanizmini qrip və infeksiyalardan qoruduğu sübut olunub . Beləki payız aylarında da balıq məhsullarından həftədə iki dəfə istehlak etməklə immun sistemini gücləndirə bilərik.
2. Qırmızı ət məhsulları və yumurtada olan dəmir və sink mineralı sayəsində də immun sistemi guclənir. Dəmir və sink  mineralları immun sistemi üçün olduqca faydalı və vacib elementlərdən biridir.Ət məhsullarından hazırlanan şorbalar, süni bulyonlar ilə deyil ətin öz suyunda hazırlanmalıdır ki bioloji dəyəri yüksək olsun və immun sistemini gücləndirsin.
3. Mövsümündə istehlak olunan meyvə və tərəvəzlərdən bədənimizə lazım olan vitamin və mineralları ala bilirik.Meyvə və tərəvəzlər A C,B,E  vitaminləri,folik turşusu,beta-karoten, kalsium, kalium, dəmir, maqnezium, lif və digər antioksidanlar ilə zəngin olduğu üçün immun sistemi üçündə əvəzolunmazdır. Xüsusilə payız aylarında alma ,armud, üzüm,nar,limon, portağal,brokkoli, gül kələm, çuğundur, zəncəfil, balqabaq və.s meyvə və tərəvəzləri istehlak etməkdə fayda vardır.
4. Payız aylarında immun sisteminin güclənməsində  quru meyvələrin də əvəzsiz rolu var. Tərkibi zülal,  yağ turşuları, vitamin və minerallar  ilə zəngin olan quru meyvələri gün ərzində ovuca sığacaq qədər istehlak etmək məsləhətdir. Yaxşı olar ki çay içərkən istehlak edilsin.
5. İmmunitet sistemimizi gücləndirmək üçün təbii yaşıl bitkilərdən hazırlanmış çaylara da ehtiyacımız var. Kofe , rəngli qazlı içkilər əvəzinə , kəklikotu , itburnu , çobanyastığı və müxtəlif təbii çaylar içməklə də immun sistemini gücləndirmiş olarıq.
Ağa Salamov,
Şef Aşcilar Dərnəyinin Azərbaycan təmsilçisi, 
Ukrayna, İsrail və Fələstin Kulinarlar birliyinin fəxri üzvü, Qida Texnoloqu