Uzunömürlülüyün SİRRİ bu məhsuldadır

Alimlər tədqiqat apararaq zeytun yağının uzunömürlülük üçün ən yaxşı təbii vasitələrdən biri olduğunu müəyyən ediblər. Bu yağdan istifadə immun sistemini möhkəmləndirərək onu mikroorqanizmlər, bakteriyalar və ya viruslar tərəfindən edilən daxili hücumlardan qoruyur.

Elmi mütəxəssislər bildiriblər ki, bu, uzunömürlülüyün artmasına şərait yaradır.

 

“Science Direct” jurnalından dərc olunan tədqiqatın nəticələrinə görə, zeytun yağı xərçəngin əmələ gəlməsi riskini azaldan, ürəyin sağlamlığını dəstəkləyən, uzunömürlülüyü artıran ərzaqdır.

Foodinfo.az AZƏRTAC-a istinadla bildirir ki, tədqiqatın müəllifləri Aralıq dənizi pəhrizi çərçivəsində istifadə edilən bu yağın sağlamlığa və üzünömürlülüyə meyilliyini öyrəniblər.

Tədqiqatın aparıcı müəllifi Duq Maşek deyib: “Bir çox tədqiqatlar göstərib ki, Aralıq dənizi pəhrizi sağlamlığa xeyli fayda gətirə bilər. Uzunömürlülüyün artırılması da buraya aid edilir. Pəhrizin əsas inqrediyenti zeytun yağıdır. Məhz bu təsirin başlıca izahı da zeytun yağı ola bilər.

Alimin sözlərinə görə, güclü yaxşılaşma effekti zeytun yağının tərkibində olan yağın növü ilə izah edilir. Onun əsasını monodoymamış yağ turşuları, ilk növbədə, olein turşusu təşkil edir. Onlar kifayət qədər axıcılıq xassəsinə malikdirlər, lakin saxlananda və yemək bişirilərkən istifadədə az turşulaşırlar, günəbaxan yağının turşularını buna misal göstərmək olar. Uzun ömürlü heyvanlar üzərində aparılan sınaqlar göstərib ki, onların hüceyrələrindəki membranlarda məhz monodoymamış yağ turşuları üstünlük təşkil edir və onların sayəsində qocalma prosesində orqanlar daha az zərər çəkir.

“Birinci sıxma zeytun yağı uzunömürlülüyü artırmaya qadir olan bütöv maddələr toplusuna malikdir, olein turşusu ilə yanaşı, bunlar beta-sitosterol, E və K1 vitaminləri, hidroksitirozol, oleokantal, eritrodioldur. Siçovullar üzərində sınaq aparıldığı zaman onlara zeytun yağı verilərkən bu gəmiricilər daha çox yaşayıblar”, – deyə mütəxəssislər bu barədə fikirlərini bölüşüblər.

Mütəxəssislər hər gün iki xörək qaşığı keyfiyyətli birinci soyuq sıxma zeytun yağından qəbul etməyi məsləhət görürlər. Onlar təsdiqləyirlər ki, belə praktika arteriyaların elastikliyini artırır, damarlardakı yüklülüyü azaltmaqla ürək-damar xəstəlikləri riskini aşağı salır, həmçinin xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.

Həkimlər bildirirlər ki, zeytun yağının tərkibində olan oleokantal və fitonutriyent iltihabı azaldan ibuprofen effekti yaradır. Bu da döş xərçəngi və onun yenidən əmələ gəlməsi riskini azaldır. Həmçinin bu yağın tromb əmələ gəlməsinin və trombositlərin bir-biri ilə birləşməsinin qarşısını alması aşkar edilib.