Şokolad sağlam yaşlı kişi və qadınların həyatını uzadır

İsveçrə alimləri müəyyən ediblər ki, infarkt keçirmiş insanlar üçün şokolad xeyirlidir. Həftədə iki və daha çox dəfə şokolad yeyən insanın ürək xəstəliyindən vəfat etmə təhlükəsi üç dəfə aşağı enir, – Nyusland.ru xəbər verir.

“Əgər insanın artıq çəkisi yoxdursa və şəkər xəstəliyindən əziyyət çəkmirsə, bu zaman şokoladdan istifadə etməsi məsləhətə uyğundur”, – deyə Korolinsk universitetindən tədqiqat layihəsinə rəhbərlik etmiş İmre Yançki bildirib.

Alimlər həmçinin bildirirlər ki, şokoladdan istifadə edilməsi sağlam yaşlı kişi və qadınların da həyatını uzadır. (deyerler.org)