Bir həftəyə 10 kq – YENİ PƏHRİZ

Cəmi 7 gün pəhriz saxlamaqla, 10 kq çəki atmaq mümkündür. İnstagramda bir sıra blogerlərin təqdim etdiyi bu yeni pəhrizi yay aylarında saxlamaq çətin deyil. Çünki bu pəhrizdə sutkada 2 litr təmiz su içmək mütləqdir.

Milli.Az medicina.az-a istinadən məşhur pəhrizi təqdim edir:

1 ci gün.

Səhər yeməyi
Şəkərsiz bir stəkan meyvə suyu, bir nazik dilim pəhriz çörəyi, 40 qr pendir, pomidor və xiyar

Nahar
50 qr pəhriz çörəyi, toyuq döşü, bir stəkan ayran, bir porsiya az yağlı tərəvəz salatı (bitki yağı kimi zeytun)

Şam
1 porsiya mərcimək şorbası, 180 qr buğda, bişmiş kotlet, üç yemək qaşığı yağsız qatıq və tərəvəz salatı

2 ci Gün

Səhər yeməyi

Şəkərsiz çay,bir ədəd yumurta, iki nazik dilim pəhriz çörəyi, beş ədəd zeytun, pomidor ve yaşıl bibər

Nahar
1 ədəd sosiska, 200 qr portağal, bir porsiya yağsız tərəvəz salatı

Şam

140 qr qiymə ilə hazırlanmış ispanaq yeməyi, iki yemək qaşığı düyü (duzsuz və yağsız), 100 qr yağsız qatıq və tərəvəz salatı

3.-cü gün

Səhər yeməyi

Şəkərsiz bitki çayı, bir ədəd yağsız tost, bir alma, pomidor və xiyar

Nahar

Bir ədəd buğda pişmiş kotlet, bir qızardılmış kartof(bitki yağında), bir porsiya tərəvəz salatı

Şam
Bir toyuq budu (dərisiz), 1 yemək qaşığı makaron, üç yemək qaşığı zeytun yağı ilə hazırlanmış tərəvəz salatı

4. gün

Səhər yeməyi

Şəkərsiz bitki çayı, iki yumurta, bir dilim pəhriz çörəyi pomidor xiyar

Nahar

Bir soyutma kartof, bir stəkan ayran və xiyar

Şam

Iki kiçik dilim pendir, bir stəkan qatıq və xiyar

5.gün

Səhər yeməyi

Şəkərsiz çay, iki sosiska, bir dilim pəhriz çörəyi, pomidor və xiyar

Nahar

140 qr dana əti (suda bişmiş), bir porsiya yağsız tərəvəz salatı

Şam
210 qr suda bişmiş ət (mal əti toyuq və yaxud balıq) ve tərəvəz salatı

6. gün

Səhər yeməyi

Şəkərsiz limonat, omlet (yağsız), 25 qr pəhriz çörəyi və tərəvəz salatı

Nahar

100 qr pendir, bir portağal ve xiyar

Şam

Balıq əti

7. gün

Səhər yeməyi

Şəkərsiz çay, 20 qr pendir 40 qr pəhriz çörəyi, bir pomidor və xiyar

Nahar

300 qr qatıq, bir dilim pəhriz çörəyi ve xiyar

Şam

Bol miqdarda meyvə