Bu şəxslərin COVID-19-a yoluxma ehtimalı azdır

Uzunömürlü insanların və onların övladlarının yeni növ koronavirus infeksiyasına yoluxma ehtimalı çox aşağıdır.

“Report”un məlumatına görə, belə bir iddianı Harvard Tibb Məktəbinin və Edinburq Universitetinin alimləri irəli sürüb.

Qeyd olunub ki, 90 yaşa qədər yaşayanların inkişaf etmiş genetikası olur. Məhz yaşlanmanın qarşısını alan genetik variantlar bədənə təhlükəli viruslar daxil olan zaman onu neytrallaşdıra bilir.

Bunu yoxlamaq üçün elm adamları analiz cavabı müsbət olan 1 221 nəfərin, analiz cavabı mənfi olan 458 029 insanın genetik xüsusiyyətlərini araşdırıblar.

Məlum olub ki, uzunömürlülüyə səbəb olan genetik mutasiyalar insanların koronavirus xəstəliyini daha yüngül keçirməyə kömək edir və virusa qarşı dözümlü olur.