Üzüm bu xəstəliyi olan şəxslərə faydadan çox zərər verə bilər

Yay aylarının ən sevilən meyvələrindən biri də üzümdür. Antioksidantla zəngin olan meyvənin tərkibində potasium, sodium, kalsium, maqnezium, dəmir, sink kimi vitamin və minerallar var. Tərkibində olan dəmir sayəsində qan azlığına faydalı olan üzüm, halsızlıq və saç tökülməsinin də qarşısını alır. Bundan başqa tərkibindəki şəkər, qlükoza və fruktoza ürək əzələsi üçün ən qiymətli qida maddəsidir. Qlükoza insan orqanizmində olan bakteriyaları məhv etmək qabiliyyətinə malikdir. Eyni zamanda  immun sistemini gücləndirərək, bir çox xəstəliklərin qarşısını alır.
Yeniavaz.com üzümün təsir etdiyi xəstəliklərin siyahısını təqdim edir:
* Üzüm beyin funksiyalarını dəstəkləyərək sinir sisteminin sağlamlığını qoruyur. Nəticədə yaş artıqca yaranan Alzheimer xəstəliyinin qarşısını alır;
* Miqren ağrılarını aradan qaldırır;
* Həzm sistemini gücləndirərək həzmi asanlaşdırır;
* Südvəzi xərçənginin yaranmasının qarşısını alır;
* Qəbizliyə və hemoroidə sürətli təsir göstərir;
* Antioksidan tərkibi sayəsində qan dəyərlərini normal səviyyədə saxlayır və xolesterolu tarazlaşdırır;
* Üzüm ürək-damar sisteminin “dostu” olaraq adlandırılır və xəstəliklərin qarşısını alır;
* Ağciyərə faydalıdır, insanın nəfəs almasını daha asanlaşdırır. Bu şəkildə astmanın müalicəsində mühüm rol oynayır;
* Bədəndə və qanda yığılan toksinlərin bədəndən çıxarılmasına imkan verir;
* Yaşıl üzümün tərkibindəki B vitamini kompleksləri uşağın zehnini yaxşılaşdırır və problemlərini aradan qaldırmağa kömək edir;
* Anemiyanın qarşısını alır.
Lakin üzümün faydaları ilə yanaşı zərərli tərəfləri də var. Belə ki, hər yediyimiz qida kimi üzümün miqdarına diqqət etmək lazımdır. Mütəxəssislər üzüm yeyərkən, xüsusilə şəkərli diabet xəstələrinin diqqət olmalarını və 1 porsioda 15 ədəd yemələrini tövsiyyə edirlər.  Üzümün həddindən artıq istehlakı allergiya xəstələrinə dəridə qırmızı ləkələrə səbəb ola bilər. Digər meyvələrlə müqayisədə kalori miqdarı yüksək olan üzüm həddindən artıq istehlak edildikdə çəki artımına səbəb ola bilər. Eyni zamanda bədəndə karbohidratların artmasına, köpmə, ishal və qusma kimi hallara səbəb ola bilər. Üzüm faydalı orqanik turşularla zəngindir, lakin mədə və onikibarmaq bağırsaq xorası xəstəliyi zamanı bu turşular xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər. Ümumiyyətlə mütəxəssislər üzümü qida qəbulundan 2 saat sonra yeməyi tövsiyyə edirlər.