Samuxda üzüm yığımına başlanılıb

İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalının təşkil etdiyi Samux rayonunda ildən-ilə inkişaf etdirilən sahələrdən biri də üzümçülükdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Samux rayonunda 1023,8 hektar sahədə üzüm bağı becərilib.

Artıq rayonda üzüm yığımına başlanılıb. Bu vaxtadək rayon üzrə 280,4 ton üzüm yığılıb.

Rayonda üzüm yığımı davam edir.