Bu məhsul böyrəklər üçün zərərlidir

Xörək duzu ən sağlam böyrəklərin belə düşmənidir”.

Foodinfo.az xəbər verir ki, bunu radiostansiyanın canlı efirində həkim-nefroloq Lyudmila Artyuxina deyib.

Uzman çağdaş dönəmdə xörək duzunun fəstfud, yarımfabrikat və digər qida məhsullarında həddindən artıq istifadəsinə diqqət yetirib.

“Üstəlik, insanlarda duzun istehlak həddi də yüksəkdir”, – L.Artyuxina vurğulayıb.

Onun sözlərinə görə, problemli böyrəklərdə, adətən, ağrılı əlamətlər gözə dəymir, bu səbəbdən pasiyentlər tez-tez xəstəliyin ağır mərhələsində xəstəxanaya düşürlər: “Bəzən elə simptomlar olur ki, xəstəlik subklinik keçir. Bu, mülayim olsa da, özünü zəiflik, yorğunluq, gəzinti zamanı şişkinlik formasında büruzə verir. Arterial hipertenziya ortaya çıxa bilər. Böyrəklərin xəstəliyi özünü həmçinin arterial hipertoniya şəklində də göstərə bilər”.

Nefroloq qeyd edib ki, arterial təzyiq problemi halında mütləq müayinədən keçmək lazımdır.

Həkimin fikrincə, böyrəklərin normal fəaliyyəti üçün sağlam yaşam tərzini gözləmək vacibdir.