Süd idxalı artıb

Bu ilin yeddi ayında ölkəyə 6,2 min ton süd idxal olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən südün dəyəri 10,6 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin yanvar-iyul aylarında 8,1 milyon dollarlıq 5 min tonadək süd idxal edilib.