Qida ilə koronavirusa yoluxma halları olubmu?- ÜST-dən açıqlama

Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasının qida ilə insana keçməsi barədə məlumatlara malik deyil.

Bu barədə Dünya Səhiyyə Təşkilatının səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqramının direktoru Maykl Rayan bildirib.

“Qida məhsullarının və ya qida zəncirinin koronavirusun yayılmasında iştirak etməsi barədə heç bir sübut yoxdur”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ötən həftə Çində Braziliyadan gətirilən toyuq qanadlarında və Ekvadordan gətirilən dəniz məhsullarında koronavirus infeksiyası aşkarlanıb. Lakin nə onları yeyən şəxslər, nə də onların qohumları COVID-19 xəstəliyinə yoluxmayıb.

Dünya Səhiyyə Təşkilatının məsləhətçisi Mariya Van Kerkhove Çin hökumətinin qida vasitəsilə koronavirus infeksiyasına yoluxma imkanlarını dəqiqliklə araşdırdığını deyib. Onun sözlərinə görə, virus məhsulların termik emalı zamanı məhv olur(azərtac).