Bu restorandan şikayət var

Müştərilərdən biri “Dərya Fish House” restoranından şikayətçidir. Foodinfo.az xəbər verir ki, müştəri bu barədə sosial şəbəkələrdə yazıb.

“Həyatımda bu qədər biyabırçlıq görməmişdim. Deməli, yemək sifariş vermişdik ( bir neçə balıq, kartof fri və toyuq qızartması) sifariş qəbul olundu. Bir az keçdikdən sonra məlumat üçün ofsianta yaxınlaşdıq və bişib hazır olduqlarını bildirdilər. Bir müddət sonra isə ofsiant yaxınlaşıb “Təəssüf ki, kartof fri və toyuq qızartmasının qalmadığını bildirdilər. Yəni, bu qədərmi səviyyəsiz xidmət olar saatlarla gözlət bişir de, daha sonra isə qalmayıb deyə məlumat ver. Nə yaxınlaşan var nə baxan var. Oranın eyiblərini yazsam bitməz. Sadəcə biyabırçılıq.”