Balı bu məhsullarla birlikdə yeyin

Rusiyanın diyetoloq-nutrisioloqlarının Milli assosiasiyasının eksperti həkim-diyetoloq Darya Rusakova bildirib ki, balı az miqdarda və yalnız təbii yoqurt və ya kəsmik kimi məhsullarla birlikdə yemək lazımdır.

Saglamolun.az Москве 24-ə istinadla bildirir ki, həkimin sözlərinə görə, karbohidratlarla zəngin olan balı yalnız günün 1-ci yarısında 1-2 çay qaşığından çox olmayaraq qəbul etmək olar.

Qlisemik indeksi yüksək olan bal qanda şəkərin səviyyəsini kəskin qaldırır. Bu damarlar üçün çox ziyanlıdır, mədəaltı vəzinin fəaliyyətinə mənfi təsir edir, insulinin ifrazını pozur, şəkərli diabet və artıq çəkinin riskini artırır. Həkim bunun qarşısını almaq üçün balı məhz süd məhsulları ilə birlikdə yeməyi tövsiyyə edir. Süd məhsulları zülallarla zəngindir. Zülal gec həzm olunur və bu səbəbdən qanda şəkərin səviyyəsinin kəskin artmasının qarşısını alır.

Həmçinin həkim qeyd ki, şəkərli diabet xəstələrinə bal yemək olmaz.