Həkim ətlə bağlı daha bir MİFİ PUÇ ETDİ

Ət yeyənlər vegetarianlardan daha uzun yaşayır.

Publika.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qidalanma üzrə mütəxəssis İnna Kononenko “Beşinci kanal”a müsahibəsində söyləyib. O bildirib ki, bunun elmi izahı var, amma işləməsi üçün qidalanmaya düzgün yanaşmaq lazımdır:

“Bədənimizdə hər şey demək olar ki, zülaldan ibarətdir. Vegetarianlar protein azlığının təsirini dərhal hiss etmir. Əlbəttə ki, yaşla bu daha çox özünü göstərməyə başlayır. Odur ki, ət yeyənlər vegetarianlardan daha uzun yaşayır. Bədənin yaşlanmasının iki əsas göstəricisi var, onlardan birincisi, ümumi karotid arteriyadakı damar divarının qalınlığıdır: nə qədər böyükdürsə, insan daha sürətlə qocalır. Burada vegetarianlar və veqanlar daha yaxşı nəticələr əldə edirlər, lakin ət yeyənlər B12, D3, K2 vitaminlərini qəbul etdikdən sonra hər şey normaya düşür.

İkinci göstərici, mitoxondrinin işidir: nə qədər yaxşı işləsə, bədən özünü daha yaxşı hiss edir. Və bu parametrdə ət yeyənlər mütləq liderdir, çünki bu hüceyrələrin əsasını ətdə olan L-karnitin təşkil edir”.

 

Mütəxəssis sonda bədənin müxtəlif çeşidli maddələrə və amin turşularına ehtiyac duyduğunu, əti rasiondan çıxardığımız zaman bu çatışmazlığı ödəməyin fiziki cəhətdən mümkün olmadığını da vurğulayıb.

Məlumat üçün bildirək ki, bəzi mütəxəssislər ətin ömrü qısaltdığını, heyvan kəsilən zaman qanda stress hormonları ifraz olunduğunu və bunun bədənə mənfi təsir etdiyini iddia edir.