Sürətlə arıqlamaq üçün 3 SADƏ QAYDA

İnsan orqanizmində maddələr mübadiləsi və ya hormonal pozulmalar yoxdursa, müəyyən qaydalara əməl etməklə çox tez və asan arıqlamaq mümkündür.

Mövzu ilə əlaqədar olaraq yenidən bədən genetikası üzrə məşqçi Sadiq Abdullayevə müraciət etdik.

O, AzFood.az– a açıqlamasında bildirib ki, arıqlamaq üçün 3 sadə qaydaya diqqət etməlidilər.

1. Qidalanmada karbohidratları məhdudlaşdırın.

Məhz karbohidratlar kökəlmənin əsas səbəbidir. Arıqlamaq üçün 1 həftə ərzində tərkibində çoxlu miqdarda karbohidratlar olan məhsullardan tam imtina edin.

Bu məhsullar arasında:

– şəkər və tərkibində şəkər olan istənilən qidalar

– kartof

– ağ düyü

– çörək, un məmulatları

– şirin şirələr və şirin qazlı içkilər

– bal

– şirin meyvələr.

Hər səhər 1 stəkan suya 2 xörək qaşığı buğda kəpəyi əlavə edin, qarışdırın və bu suyu için. Buğda kəpəyi bağırsaqları yaxşı işlədir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir.

Bundan əlavə gün ərzində daha çox adi su içməyə çalışın.

2. Daha çox yatın.

Yuxu zamanı insan orqanizmində “somatotropin” hormonu ifraz olunur. Bu hormon piyləri “yandırmağa” kömək edir. Hormonun ifrazının pik nöqtəsi saat 23.00-24.00 radələrindədir. İnsan bu zaman yatırsa, onun arıqlamaq şansı artır.

Arıqlamaq istəyən insan 8 saatdan az yatmamalıdır.

3. Açıq havada sürətlə yeriyin.

Hər gün ən azı 40 dəqiqə ərzində açıq havada sürətlə yeriyin. Bu sadə və heç bir əlavə xərc tələb etməyən vasitə sizə arıqlamağa kömək edəcək.

Qeyd edək ki, karantin müddətində idman zalları bağlı olduğundan online məşq, dieta, arıqlama, kökəlmə, qidalanma menyusunun tərtibi və konsultasiyalar haqqında ətraflı məlumat əldə etmək istəyənlər Sadiq bəyə müraciət edə bilərlər.

Müraciət üçün Facebook hesabı: https://www.facebook.com/kansgym/

Müraciət üçün İnstagram hesabı: https://www.instagram.com/kans_gym/