Dietoloq albalının UNİKAL FAYDALARINI açıqladı

Albalı vitaminlərlə zəngin olmaqdan əlavə, sonsuzluq və ürək-damar xəstəliklərinin öhdəsindən gəlməyə kömək edir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu rusiyalı qidalanma mütəxəssisi Olqa Kondratenko söyləyib.

Bu giləmeyvə tərkibində B qrupu vitaminləri, kalsium, maqnezium, kalium, dəmir, yod və manqan ehtiva edir. Albalı eyni zamanda kişi və qadınların reproduktiv sistemlərini yaxşılaşdırır və hamilə qadınlara anemiyanın müalicəsi üçün tövsiyə olunur.

Bundan əlavə, giləmeyvə sidik turşusu səviyyəsini aşağı salmağa qadirdir ki, bu da digər podaqra, digər oynaq xəstəlikləri zamanı yardım edir.

Albalı meyvələrinin tərkibinə nadir bir vitamin B8 – maddələr mübadiləsini təşviq edən və arıqlamağa kömək edən inosin də daxildir.

“Arıqlamaq istəyən insanlar rahatlıqla albalını rasionlarına daxil edilə bilər. Yeri gəlmişkən, 100 qrama görə təxminən 52 kilokaloridir. Ancaq albalının əks göstərişlərini də unutmaq olmaz. Böyük miqdarda giləmeyvə aşağı qan təzyiqi, xoralar və qastrit olan insanlar üçün təhlükəli ola bilər. Gündə bir və ya iki stəkan albalı yemək kifayətdir” – diyetoloq bildirib.