Bəzi xəstələrin koronavirusu yüngül keçirməsinin səbəbi bilindi

Dünyada tüğyan edən koronavirusa yoluxanların sayı 20 milyona yaxınlaşır.

Bəzi insanlar dünyanı dəhşətə salan bu virusu olduqca rahat, heç bir əlaməti olmadan keçirə bilir. Lakin çoxlarında xəstəlik boğulma, yüksək hərarət, öskürək kimi ağır əlamətlərlə müşahidə edilir.

Amerikalı elm adamları insanların virusu müxtəlif cür keçirməsinin səbəblərini müəyyən etmək üçün araşdırma aparıblar.

Son araşdırmalardan birinin nəticəsində qeyd edilib ki, orqanizm də iki cür immun sistemi olur – bunlar doğulan andan olan immun sistemi və sonradan qazanılan sistem. Doğuşdan olan sistem ilk müdafiə xətti kimi təqdim edilir. Bu sayədə bədən virus, bakteriyaların orqanizmə daxil olmasından müdafiə edilir. Lakin bəzən bu sistem xəstələnməmək üçün kifayət etmir. Bu zaman sonradan qazanılan güclü müdafiə işə düşür, T hüceyrələri ön plana çıxır. Üç növ T hüceyrəsi bir infeksiyadan sonra bədəndə formalaşır, yoluxmuş hüceyrələri taparaq məhv edir.

Bunun üçün də araşdırmaçılar asemptomatik bəzi şəxslərin immun sistemlərinin T hüceyrəsi sayəsində virusu bədəndən sürətlə təmizləyə bildiyini düşünürlər.