Bu vərdiş ürəktutması riskini artırır

Televizora uzun müddət baxmaq vərdişi ürəktutması riskini artırır.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, bu qənaətə britaniyalı alimlər gəliblər.

Məlumata görə, eksperimentdə yaşı 37-dən 73-dək olan 500 min civarında könüllü iştirak edib. Onlar anketlərdə gündəlik neçə saat televizor qarşısında oturduqlarını qeyd ediblər.

Araşdırmanın nəticələrinə görə, televizor qarşısında gündə 2 saatdan çox zaman keçirənlərin infarktdan ölmə ehtimalı 8%, digər səbəblərdən ölmə ehtimalı isə 5% artır. Bundan başqa, araşdırma gündəlik 1 saat gəzintinin ölüm riskini 10% azaltdığını göstərib.